Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb


Digərləri 17 İyl 2019 09:50:00 168 0

Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 31 676 nəfər və ya 0,3 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu il iyun ayının 1-də ölkə əhalisinin sayı 10 013 133 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləridir. Ölkədə əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.