Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib


Digərləri 17 İyl 2019 08:34:21 215 0

Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

Bakı. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Mərkəzinin Nizamnaməsi təsdiq edilir. Bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.