Husilərin dronları Səudiyyə Ərəbistanında hava limanına hücum edib


Digərləri 17 İyl 2019 04:19:59 210 0

Husilərin dronları Səudiyyə Ərəbistanında hava limanına hücum edib

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Jizan şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib

Bakı. Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Jizan şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib. Trend-in məlumatına görə, həmin hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Bunu etməzdən əvvəl husilər Ər-Riyad tərəfindən Yəməndə hərbi əməliyyatlar davam edildiyi halda yeni hücum təşkil edəcəklərini deyib.