Pedofillərin çoxalmasında günahkar kimdir? –


Digərləri 16 İyl 2019 23:05:00 314 0

Pedofillərin çoxalmasında günahkar kimdir? –

Son zamanlar pedofiliyaya aid xəbərləri tez-tez eşidirik. Üstü açılan cinayətlərdən əlavə, heç şübhəsiz onlarla uşaq hardasa cinsi zorakılığa məruz qalır, lakin bunu səsli dilə gətirməyə çəkinir, utanır. Və ya qorxduğu üçün ailəsindən gizli saxlayır.

Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı sualları cavablayıb.

 - Pedofilya qurbanı olmuş uşaqlarda psixi pozuntular başa verə bilərmi?   - Əlbəttə. Bu travma onların həyatında mənfi bir iz buraxır. Hansı ki, bu iz onların qarşı cinslə münasibətində böyük problemlər yaradır. Hətta öz cinslərinə belə meyl edirlər. Onların insanlara qarşı inamı itir. Heç kimə inana bilmirlər. Daim qorxu və təşviş içində olurlar. Yəni bir sözlə bu hadisə qurbanlarının aldıqları travma onların həyatını puç edir.

- Pedofilləri necə tanıya bilərik?   - Onlar daim özlərini gizlətməyə çalışırlar. Buna görə də çox maskalanırlar. Əsasən çox səliqəli geyinirlər, özlərini sakit və mehriban göstərməyə çalışırlar.

- Bəs bu kimi halların qarşısını almaq üçün nələr etmək lazımdır?