Həyat yoldaşını boynundan bıçaqladı - Qısqanclıq


Digərləri 16 İyl 2019 23:00:00 230 0

Həyat yoldaşını boynundan bıçaqladı - Qısqanclıq

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 23-ə təyin edilib. İttihama görə, ötən il aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.