Sigma dünyanın ən kiçik və ən yüngül güzgüsüz fotoaparatını tanıtdı


Digərləri 16 İyl 2019 21:20:00 218 0

Sigma dünyanın ən kiçik və ən yüngül güzgüsüz fotoaparatını tanıtdı

Peşəkar fotoaparatlar istehsal edən Sigma, dünyanın ən kiçik və ən yüngül güzgüsüz fotoaparatını yaratdı. Sigma FP olaraq adlandırılan bu model, sentyabr ayında bazara çıxarılacaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, dünyanın ən kiçik güzgüsüz fotoaparat olmağı ilə yanaşı bu model, dünyanın ən yüngül güzgüsüz fotoaparatı da sayılır. Sigma şirkətinin yeni modeli, fotoşəkil sektoruna yeni bir hava verəcək.

Bu fotoaparatın xüsusiyyətlərinə bir az daha yaxından baxsaq, Sigma FP, 24.6 milyon effektiv piksel sayı və 35 millimetr tam ölçüsüylə diqqətləri üzərinə çəkən bir sensora sahibdir. Dəyişdirilə bilən linza variantına sahib olan bu fotoaparat, bir çox aksesuar və linza ilə tam uyğun olaraq işləyə bilir. ISO standartı 100 ilə 25600 arasında dəyişə bilən Sigma FP, yalnız 370 qramdır. Bu da Sigma FP modelinin həmişə rahatca istifadə edilə biləcəyi mənasını verir.

Yeni modellərini şəxsən tanıdan şirkətin CEO Kazuto Yamaqki, bu fotoaparatın sahib olduğu xüsusiyyətlərin, bütün fotoqraflar üçün çox uyğun olduğunu və bu modelin sektora yeni bir nəfəs gətirəcəyini söylədi.