Alimlərdən insanlara çağırış: qarışqa, cırcırama yeyin


Digərləri 16 İyl 2019 20:00:00 260 0

Alimlərdən insanlara çağırış: qarışqa, cırcırama yeyin

Qərb alimləri maraqlı açıqlama ilə çıxış ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, açıqlamaya əsasən həşəratlar əti əvəz edən qidaya çevrilməlidir. Çəyirtkə, qarışqa və ipək qurdunun tərkibində antioksidant miqdarı çoxdur. Bundan əlavə, İtaliyanın Teramo universitetinin alimləri müəyyən ediblər ki, həşəratlar doymamış yağlı turşular, mineral, vitamin və sellülozla zəngindirlər. Onların fikrinə əsasən, artıq insanlar zəngin zülal mənbəyi kimi həşəratları qida rasionuna əlavə etməlidirlər.