Türkiyənin aldığı S-400 NATO üçün təhdid deyil - Nazir


Digərləri 16 İyl 2019 19:46:00 244 0

Türkiyənin aldığı S-400 NATO üçün təhdid deyil - Nazir

Rusiyadan alınan S-400 zenit-raket kompleksləri NATO üçün təhdid deyil.

Bakı. Rufiz Hafizoğlu - Rusiyadan alınan S-400 zenit-raket kompleksləri NATO üçün təhdid deyil. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir vurğulayıb ki, NATO-da, eləcə də ABŞ-da məlumdur ki, Türkiyənin hava məkanını qorumaq üçün bu komplekslərə ehtiyacı var.