"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)


Digərləri 16 İyl 2019 17:35:00 221 0

"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Trend-in məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində "Azernerji" ASC-nin "Reabilitasiya proqramı" çərçivəsində görülmüş işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub. Qonaqları salamlayan "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev bildirib ki, ötən ilin payızından başlayaraq "Azərenerji" ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası da daxil olmaqla ölkədəki 12 elektrik stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir". V.Əliyev həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən "Reabilitasiya proqramı"nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: "Reablitasiya proqramı çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb". "Azərenerji ASC" prezidentinin müşaviri görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında jurnalistlərin rolunu da xüsusi vurğulayıb. O, təşkil olunmuş müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirərək yekun nəticələr barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.