Pakistanlı siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu


Digərləri 16 İyl 2019 17:16:16 228 0

Pakistanlı siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu

Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar.

Bakı. Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar. Trend-in məlumatına görə, əməliyyat çoxmərhələli şəkildə keçirilib və ümumilikdə 50 saat davam edib. Əməliyyatda tibbin müxtəlif sahələrindən 100-ə yaxın mütəxəssis iştirak edib. Əməliyyat olunanlar isə Pakistanın Çarsad şəhərindən olan 2 yaşlı Səfa və Mərva bacılarıdır. Onların başları bir-birinə bitişik olub.