Rəfiqələri ilə bir günlük istirahətinə 500 min dollar xərclədi


Digərləri 16 İyl 2019 17:04:00 253 0

Rəfiqələri ilə bir günlük istirahətinə 500 min dollar xərclədi

Dünyanın ən gənc milyarder qadını, 21 yaşlı model Kayli Cenner son günlər rəfiqələri ilə birlikdə keçirdiyi lüks istirahətə görə dünya gündəmindən düşmür.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, "Kylie Skin" kosmetik brendinin yeni kolleksiyasının tanıtımı üçün Terks və Kayqos adalarında tətil təşkil edib. 

Üzərində öz şirkətinin adının yazıldığı ağ-çəhrayı rəngli özəl təyyarə ilə yola çıxan Cennerin yanında ən yaxın rəfiqələri Anastasiya Karanikolaou, Sofiya Riçi, Viktoriya Villarroel, Yris Palmer, Tiffani Sorya, Ariel Tejada və Amber Asali olub. 

O, musiqiçi Travis Skottla əlaqəsindən dünyaya gələn 1 yaşlı qızı Stormini də özü ilə aparıb.