İranın dini lideri hədələdi: Britaniyanın addımı cavabsız qalmayacaq


Digərləri 16 İyl 2019 14:53:00 178 0

İranın dini lideri hədələdi: Britaniyanın addımı cavabsız qalmayacaq

İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq.

Bakı. Elnur Bağışov - İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq. Trend-in məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi İranda imamların toplantısında deyib. İranın dini lideri əlavə edib ki, Britaniya dəniz quldurluğu edir, İranın gəmisini oğurlayır və onu qanuniləşdirir. Xatırladaq ki, 4 iyulda Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri İrana məxsus neft tankeri saxlayıblar.