Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub (FOTO)


Digərləri 16 İyl 2019 12:40:00 195 0

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub (FOTO)

Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub.

Bakı. Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub. Azərbaycan İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir” – sözləri qeyd olunub. Eyni zamanda, jurnalın birinci səhifəsində XIX əsrə aid Azərbaycanın milli geyimləri, mətbəx əşyaları və xalçası da əks olunub. Baş redaktoru Bolqar İslam Akademiyasının rektoru Rafiq Muxametşin olan jurnalda Azərbaycan haqqında məqalələr də nəşr edilib. Dünyanın müxtəlif ölkələrinin tanınmış alimlərinin daxil olduğu jurnalın Redaksiya Heyətinin sədri Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Vitali V.Naumkindir.