Bilgəh çimərliyində 2 nəfər boğuldu, biri xilas edilib, digəri tapılmayıb


Digərləri 16 İyl 2019 09:48:00 201 0

Bilgəh çimərliyində 2 nəfər boğuldu, biri xilas edilib, digəri tapılmayıb

Bakıda iki nəfər dənizdə boğulub.

Bakı. Samir Əli - Bakıda iki nəfər dənizdə boğulub. Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib. Bilgəh qəsəbəsi, 12-ci dalan nömrəsiz evdə yaşayan, 1998-ci il təvəllüdlü Qasımzadə Tağı Natiq oğlu və Nəsimi rayonu, 28 may küçəsi, ev 15, mənzil 11-də yaşayan Rəsulzadə İlham Tofiq oğlu dənizdə çimərkən boğulublar. Xilasedicilərin səyi nəticəsində T.Qasımzadə xilas edilsə də, İ.Rəsulzadənin meyitinin axtarışları davam etdirilir.