Sabirabad bazarında 2 mağaza və piştaxtalar yanıb


Digərləri 16 İyl 2019 09:29:00 204 0

Sabirabad bazarında 2 mağaza və piştaxtalar yanıb

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.