FHN: Sabirabad bazarında 2 mağaza və piştaxtalar yanıb


Digərləri 16 İyl 2019 09:08:07 296 0

FHN: Sabirabad bazarında 2 mağaza və piştaxtalar yanıb

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Bakı. 16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib. Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.