Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir


Digərləri 16 İyl 2019 01:14:24 179 0

Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir

Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edir

Bakı. Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin iclasının yükunları üzrə qəbul edilən Aİ Şurasının bəyanatında deyilir. Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərinin davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib". Bundan əlavə Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankına Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir".