Bağdadda iki partlayış olub: 2 ölü, 20 yaralı


Digərləri 15 İyl 2019 21:47:00 200 0

Bağdadda iki partlayış olub: 2 ölü, 20 yaralı

İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış baş verib

Bakı. İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış baş verib. Trend-in "Sky News Arabia" telekanalına istinadən verdiyi məlumata görə, Əl-Maalif rayonunda baş verən partlayışlar nəticəsində azı 2 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. "Al-Arabiya" telekanalının məlumatına əsasən, partlayışlar terrorçu-intiharçılar tərəfindən törədilib.