Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı?


Digərləri 15 İyl 2019 20:30:00 51 0

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı?

Artıq üzümün yetişmə dövrü yaxınlaşır.

Bu xəbəri də oxu: Yardımlıda 2 otaqlı ev yanıb

Bakı. İlhamə İsabalayeva - Artıq üzümün yetişmə dövrü yaxınlaşır. İyul ayının axırlarından və avqust ayının əvvələrindən başlayaraq ən tez və tez yetişən üzüm sortları yetişməyə başlayacaq. Sağlam, təravətli, yüksək əmtəəlik görünüşünə malik üzüm məhsulunun əldə olunması üzümçülərin ən ümdə arzusudur. Trend Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat verir ki, aqronomik qaydalara görə üzümün yetişməsinə 15-20 gün qalmış kimyəvi çiləmələr dayandırılmalıdır. Eyni zamanda, üzümçülər, həmdə öz məhsullarını çürümə xəstəliklərindən qorumalıdırlar. Bəzi fermerlər, sahibkarlar üzümü uzun müddət tənək üzərində saxlayıb sonra satışa çıxarırlar. Ona görə də, onlar bir sıra aqrotexniki və bitki mühafizə tədbirlərinə əməl etməlidirlər. Üzüm bir çox göbələk xəstəlikləri- boz çürümə, qara çürümə, ağ çürümə, qəhvəyi çürümə və s. ilə sirayətlənərək çürümə prosesinə məruz qala bilər. Azərbaycanda ən geniş yayılan “boz çürümə” xəstəliyidir. Bu xəstəlik rütubətli havada sürətlə inkişaf edir və adətən üzüm gilələrini yetişmə dövründə zədələyir. Gilələr üzərindəki çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrə göbələyin sporları düşərək cücərir və gilənin çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də boz çürüməyə yoluxurlar. Zədələnmiş gilələr bozarır, qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək homogen şəkildə gilələrin üzərini tutur və tündləşir. Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq sıyrılır. Xəstəliyin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur. Qeyd etmək lazımdır ki, gilələrdə zədə və yarıqlar olduqda göbələyin sporları ora daxil olur. Çox vaxt üzüm gilələrinin B.cinerea göbələyi ilə yoluxmasını xeyirli çürümə adlandırırlar. Bu ad onunla əlaqədardır ki, quraq keçən payızda göbələk gilələrdə zəif inkişaf edir, gilələrdə su buxarlanması artır, turşuluq azalır, şəkərlilik artır. Bu da onlardan hazırlanan şərabın keyfiyyətini artırır. Əgər quraqlıqdan sonra yağışlı havalar başlasa, onda yetişmiş gilələrdəki yarıqlar daha çox əmələ gəlir. Yağışlı havada göbələk sürətlə inkişaf edir və onun mitselisi gilənin lətli hissəsinə daxil olub onun əyilməsinə səbəb olur.
İlk kompüter parolunun ixtiraçısı vəfat edib like
  • 15 İyl 20:29  
Digərləri İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korb

arrow Ətraflı
Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır like
  • 15 İyl 20:24  
Digərləri Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır

Dünyadakı bəzi şirkətlər istifadəçilərin xəbəri olmadan onlar haqqın

arrow Ətraflı
Yaylaqlarda səyyar baytarlıq xidməti göstərilir (FOTO) like
  • 15 İyl 20:21  
Digərləri Yaylaqlarda səyyar baytarlıq xidməti göstərilir (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) ba

arrow Ətraflı
Tarixdə iz qoyanlar: like
  • 15 İyl 20:19  
Kriminal Tarixdə iz qoyanlar:

Son.az Modern.az-a istinadən tarzən Mirzə Fərəc haqda yazısı təqdim ed

arrow Ətraflı
İran Avropaya şərt qoydu like
  • 15 İyl 20:14  
Dünya İran Avropaya şərt qoydu

Əgər Almaniya, Fransa və Böyük Britaniya nüvə sazişinin saxlanmasında m

arrow Ətraflı
Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib (FOTO) like
  • 15 İyl 20:10  
Digərləri Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib (FOTO)

Akademik Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib.

arrow Ətraflı
Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur like
  • 15 İyl 20:04  
Dünya Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur

Bəhreynin investisiya şirkətlərindən biri Krımdakı infrastruktur layihəl

arrow Ətraflı
ABŞın ən gözəl yanğınsöndürəni like
  • 15 İyl 20:00  
Digərləri ABŞın ən gözəl yanğınsöndürəni

ABŞ-ın Montana ştatının Kalispella şəhərində yaşayan 24 yaşlı Presli

arrow Ətraflı
Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib like
  • 15 İyl 19:54  
Kriminal Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Rayon Məhkəməsinin keçm

arrow Ətraflı
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon like
  • 15 İyl 19:52  
Digərləri AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon

Azarkeşlər bilet müraciəti üçün son tarix olan 12 iyula qədər turnirin

arrow Ətraflı
Afaq izləyiciləri üçün yeni like
  • 15 İyl 19:49  
Şou-biznes Afaq izləyiciləri üçün yeni

Müğənni Afaq Aslan yenidən hər kəsin diqqətini çəkib.

arrow Ətraflı
Qəbələdə “Vaz” markalı avtomobil yanıb like
  • 15 İyl 19:44  
Digərləri Qəbələdə “Vaz” markalı avtomobil yanıb

Qəbələ rayonunda "ВАЗ" markalı minik avtomobilinin salon hissə

arrow Ətraflı