"Qarabağ" mərakeşli müdafiəçini transfer edib


Digərləri 15 İyl 2019 17:30:00 182 0

"Qarabağ" mərakeşli müdafiəçini transfer edib

“Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb.

Bakı. “Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb. Trend-in məlumatına görə, Ağdam təmsilçisi Faysal Rerrası heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb. 26 yaşlı futbolçunun sonuncu iş yeri Fransanın səviyyəcə 3-cü liqasında çıxış edən "Bezye" klubu olub. Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib.