Nazir müavini: Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olarsa...


Digərləri 15 İyl 2019 14:35:00 173 0

Nazir müavini: Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olarsa...

Bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib ki, onlardan yalnız 8-də səhv çıxıb.

Bakı. İlhamə İsabalayeva - Bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib ki, onlardan yalnız 8-də səhv çıxıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Nazir müavini bildirib ki, mütəxəssislər tərəfindən hazırlanan sualların cavablarının doğruluğu şübhə altına alına bilməz: "Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik".