Bakıda beşmərtəbəli binada yanğın - 2 nəfər xəsarət alıb


Digərləri 15 İyl 2019 14:37:00 150 0

Bakıda beşmərtəbəli binada yanğın - 2 nəfər xəsarət alıb

Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Bakı. Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.