Kamçatkada Mi8 sərt eniş etdi


Dünya 15 İyl 2019 13:19:00 227 0

Kamçatkada Mi8 sərt eniş etdi

Kamçatkada Mi-8 vertolyotunun sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə qeyzerlər vadisində baş verib.

Məlumata görə, vertolyot vadiyə texniki yük daşıyırmış və göyərtədə həmin yükü müşayiət edən şəxslər olub.

Xəsarət alanlara yerli qoruğun həkimi tərəfindən ilkin tibbi yardım göstərilib. Sərt eniş zamanı vertolyota ziyan dəyməyib.