İkimərtəbəli ev yanıb


Digərləri 15 İyl 2019 10:34:00 213 0

İkimərtəbəli ev yanıb

Masallıda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 224 m² olan ikimərtəbəli evin mətbəxinin lambirindən ibarət tavanı 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.