Avstraliyanın sahillərində zəlzələ baş verib


Dünya 15 İyl 2019 08:59:00 204 0

Avstraliyanın sahillərində zəlzələ baş verib

Avstraliyanın şimal-qərb sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Brum yaşayış massivindən 208 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.