Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?


Digərləri 15 İyl 2019 07:00:00 312 0

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

İnsan qollarının təbii vəziyyəti aşağıdır. Bununla belə fizioterapevtlər hesab edir ki, gün ərzində əlləri yuxarı doğru qaldırmaq çox faydalıdır.

Son.az xəbər verir ki, əlləri yuxarı qaldırmaq orqanizm üçün bir çox cəhətdən faydalıdır.

Birincisi, əllər qaldırıldıqda, mədə-bağırsaq traktı az qıvrılır, bu da qidanın sürətlə keçməsinə kömək edir. Beləliklə, çürümə və fermentasiya proseslərinin qarşısının alınması, disbakteriozun inkişafı profilaktikası baş verir.

İkincisi, əllərinizi yuxarı qaldırmaqla, onların sallanmasına mane olursunuz. Sallanmış qollar onurğa sütununu deformasiya edir ki, bu da nəticədə osteokondroz və digər xəstəliklərin yaranmasına səbəb olur. Qollarınızı yuxarı doğru qaldırmaqla onurğa sütununun dartılmasına imkan verirsiniz, həmçinin elastikliyi inkişaf etdirirsiniz.

Üçüncüsü, yaşla bağlı olaraq orqanlar və döş necəsə qarın boşluğuna çökürlər, öz təbii yerini dəyişirlər. Məsələn, "uzanmış" ürək termini var. Bu, başqa orqanlara da aiddir. Odur ki, əllərinizi hər gün yuxarı qaldırmaqla daxili orqanları da yuxarı doğru çəkir və aşağı çökməsinin qarşısını alırsınız. Bundan başqa, sallanmış qarnı və zəifləmiş qarın əzələlərini bərpa edirsiniz. Əlləri qaldırmaqla qarının əzələlərini bərkidirsiniz.