Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır XƏBƏRDARLIQ


Digərləri 15 İyl 2019 02:28:00 227 0

Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır  XƏBƏRDARLIQ

Smartfon diabet xəstəliyinin yaranma riskini artırır.

Son.az yenicag.az-a istinadən bildirir ki, Fransa və Niderland alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

Tədqiqat zamanı neyribioloqlar siçanlara gecə vaxtı smartfon işığına məruz qoyaraq, onların qida seçimi və gün ərzində toxuma və qanda qlükoza səviyyəsinə diqqət yetiriblər.

Alimlər müəyyən edib ki, cəmi 1-2 saat mavi işığın təsirindən siçanların toxumalarında qlükozaya həssaslıq artıb, onlar preddiabet mərhələyə giriblər.

Səhəri siçanların qarşısına normal qida, adi su, donuz piyi və şirin su qoyulub. Mavi işığın təsirinə məruz qalan siçanlar digər qalmayan siçanlara nisbətən 2 dəfə çox şirin su içiblər.

Bu nəticələr aydın göstərir ki, gadjet, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effekt daha çox kişi cinsində müşahidə olunur.