Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb


Dünya 14 İyl 2019 21:29:00 219 0

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ölənlərin sayı 55-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 50 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.