Kartof dilimlərini soyuducuda saxlayın, sonra...


Digərləri 14 İyl 2019 19:10:00 210 0

Kartof dilimlərini soyuducuda saxlayın, sonra...

Gündəlik iş stressi, zərərli vərdişlər, atmosfer çirkliliyi dərimizə mənfi təsir edir. Nəticədə isə dəridə qüsurlar yaranır. Bu qüsurlar isə xanımı kompleksə salır. Bəs qüsursuz dəri üçün nə edə bilərik? Son.az lent.az-a istinadən xanımlara məsləhətləri təqdim edir.

Üzünüzü gur, təzyiqli su ilə yuyun. Bu şəkildə duş qəbul etmək də dəri stressini azaldır.

Ayaqlarınızın barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm aralıqlarla möhkəm basın.

Üzünüzü həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün dairəvi hərəkətlərlə çənədən yanaqlara, alnın ortasından kənara doğru, burun yanlarından alnın ortasına doğru enib qalxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə ovun.

Hər gecə saat 24.00-dan əvvəl yatın. Bədənimiz ilk yuxu saatlarından gecə yarısına qədər böyümə hormonları ifraz edir. Bu hormonlar isə hüceyrə yenilənməsini hərəkətləndirir.

Yanaqlarınızın dərisini gərginləşdirmək üçün gimnastik hərəkətlər etməlisiniz. Bunun üçün ağzınızı bağlayın, yanaqlarınızı içəri doğru çəkdikdən sonra əllərinizin yardımı ilə yavaş-yavaş üzünüzü dartın.

Kollagen təbəqəsini hərəkətə keçirmək üçün 250 qram pomidor, qabığı soyulmuş yarım limon və bir yerkökü qatı meyvə pürəsi halına gətirin, bir damcı zeytun yağı və bir  miqdar yod duzu əlavə edin. Bu maskanı üzünüzə çəkin.

Göz bəbəyi istiqamətində göz altındakı sümüklərin üzərinə ən az 5 saniyə basın.