Əfqanıstanda partlayış olub: 5 polis əməkdaşı ölüb


Digərləri 14 İyl 2019 18:19:35 216 0

Əfqanıstanda partlayış olub: 5 polis əməkdaşı ölüb

Əfqanıstanın Bağlan əyalətində yol kənarında quraşdırılmış partlayıcı qurğu işə düşüb

Bakı. Əfqanıstanın Bağlan əyalətində yol kənarında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Trend-in "TOLO News"a istinadən verdiyi məlumata görə, iyulun 13-ü baş verən insident nəticəsində 5 polis əməkdaşı həlak olub, 2-si isə xəsarət alıb. Bildirilir ki, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb.