Şəkidə baş vermiş hadisə nəticəsində xəsarət alanların ADLARI


Digərləri 14 İyl 2019 15:31:00 219 0

Şəkidə baş vermiş hadisə nəticəsində xəsarət alanların ADLARI

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında çinar ağacının budaqlarının sınması nəticəsində xəsarət alan şəxslərin siyahısını açıqlayıb

Bakı. İlhamə İsabalayeva, Samir Əli - Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında çinar ağacının budaqlarının sınması nəticəsində xəsarət alan şəxslərin siyahısını açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. FHN- nin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib, onların . v əziyyətləri normaldır. Hadisə zamanı xəsarət alanların siyahısı: Soltanova Sevinc - 1940-cı il təvəllüdlü Rusiya vətəndaşı Soltanova Laçın - 2004-ci il təvəllüdlü, Rusiya və Sara Hasan - 1998-ci il təvəllüdlü, Suriya vətəndaşı (sağ budun qapalı travması çanaqda) Farik al Hasan - 1952-ci il təvəllüdlü Suriya vətəndaşı Mariya al Hasan - 2003-cü il təvəllüdlü Suriya vətəndaşı Samira al Hasan - 1965-ci il təvəllüdlü, Suriya vətəndaşı Galia al Hasan - 1988-ci il təvəllüdlü, Suriya vətəndaşı