İran XİN: "ABŞla danışıqlar aparılmır"


Dünya 14 İyl 2019 14:04:00 212 0

İran XİN: "ABŞla danışıqlar aparılmır"

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi Tehranın ABŞ-la danışıqlar apardığı barədə yayılan xəbərləri təkzib edib.

Son.az-ın APA-ya istinadən verdiyi məlumata görə, A. Musəvi İranın hər hansı səviyyədə ABŞ-la danışıqlar aparmadığını bildirib.

XİN mətbuat katibi Vaşinqtonun Rusiya vasitəsi ilə ABŞ və İran arasında xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə Tehrana təklif təqdim etməsi barədə yayılan xəbərləri də təkzib edib.