Kubada seçki qanunvericiliyi dəyişdi:


Dünya 14 İyl 2019 12:46:00 218 0

Kubada seçki qanunvericiliyi dəyişdi:

Kuba Milli Assambleyası ölkənin seçki qanunvericiliyinə dəyişikliyi dəstəkləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, Kubada 1976-cı ildən sonra ilk dəfə baş nazir postu təsis edilib.

Eyni zamanda növbəti seçkilərdən sonra Milli Assambleya deputatlarının sayı 605 nəfərdən 474 nəfərə qədər azalacaq. Bir şəxs 5 il müddətinə olmaqla, iki dəfədən çox deputat seçilə bilməyəcək.

Qeyd edək ki, bu ilin fevralında keçirilən referendumda kubalıların 86 faizi ölkə Konstitusiyasının yenilənməsini dəstəkləyib. Bundan əvvəl 3 ay ərzində Kubanın regionlarında və müəssisələrdə Konstitusiyaya dəyişiklik layihəsi müzakirə olunub. Müxalifət Konstitusiyanın müzakirəsinə buraxılmayıb.