Nazirdən şəhidin toyu olan bacısına bahalı hədiyyə FOTO


Digərləri 14 İyl 2019 11:54:00 389 0

Nazirdən şəhidin toyu olan bacısına bahalı hədiyyə  FOTO

Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyudur.

Son.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak ediblər.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla, Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasındadır.

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bağışlayıb.


Xəbərə aid fotolar