Bu gün dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçirilir


Digərləri 14 İyl 2019 08:10:00 189 0

Bu gün dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçirilir

İyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. DİM-dən Trend-ə bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında elektron qaydada keçiriləcək. İmtahana qeydiyyat iyunun 18-dən iyulun 12-si saat 16:00-dək aparılıb və bu müddət ərzində 83 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi" gətirməlidirlər.