Hәya..


Digərləri 13 İyl 2019 23:40:00 190 0

Hәya..

Hәya - insan әxlaqının әn әsas özәlliklәrindәn biri vә bәlkә dә, birincisidir. Uca Allah Özünü həya sifəti ilə vəsf etdiyi kimi, Peyğəmbər dә (ona Allahın salavat vә salamı olsun) O'nu bu sifətlə vəsf etmişdir. Buna görə də O, Həya və Kərim sahibidir. Salman әl-Farisi (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) belә buyurmuşdur:

"Әbədi və Kərim olan Rəbbimiz, əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir.." (Әbu Davud 1488, Tirmizi 3551, İbn Macə 3865. Musnəd 5/438)

Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur: "Allah həya sahibidir və ayıbları örtəndir. Biriniz yuyunduğu zaman örtünsün.." (Әbu Davud 4012)

Hər müsəlman, onu yaradan Rəbbindən utanmalı və həya etməlidir. Belə ki, Rəbbi onu qadağan etdiyi yerlərdə görməməli, әksinә, əmr etdiyi yerlərdə görməlidir. Saleh bәndә Rəbbindən həya edərək çirkin söz və davranışlardan çəkinməlidir.

Milli.az islamevi.az-a istinadən bildirir ki, Allahdan çox həya edən kimsə, Ona üsyan etməkdən də çəkinər. Çünki, Allahın hər yerdə onunla birlikdə olduğunu bilər. Qulun söz və əməldə olan günahları, insanlar arasında nə qədər çox yayılarsa, günahın açığa çıxması da o, qədər böyük olar. İnsanlardan utanmayan, Allahdan da utanmaz. Kim utanmırsa istədiyini edə bilər. Çünki, onun bu günahları tərk etməsinə sәbәb - həyadır. Rəsulullah (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur:

"Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: "Әgər utanmırsansa/həya etmirsənsə, istədiyini et" - olmuşdur.." (Buxari)

Həya qəlbin maddəsidir, hər bir xeyirin tәmәlidir. Onun getməsi, bütün xeyirdən məhrum olmaq deməkdir. Peyğәmbәrimiz (ona Allahın salavat vә salamı olsun), utancaq bir sәhabәyә irad tutanları, bu işdәn çәkindirmiş vә buyurmuşdur: "Həyanın hamısı XEYİR'dir.." (Muslim)

Hәqiqәtәn dә, әgər həya yoxdursa, onu bu günahlardan çəkindirən maneə də yoxdur. Әgər Allahdan utanmırsa, istədiyi əməli edə bilər.