Putinə qarşı gizli sövdələşmənin üstü açıldı


Dünya 13 İyl 2019 22:46:00 208 0

Putinə qarşı gizli sövdələşmənin üstü açıldı

Amerika və Britaniyanın xüsusi xidmətləri Rusiya Prezidenti Vladimir Putinin yaxınlığındakı şəxslər və Müdafiə Nazirliyi barəsində dezinformasiya hazırlayırlar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumatı  RİA-Novosti-yə hərbi-diplomatik mənbə bildirib. Onun sözlərinə görə, həmin məlumatlardan Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi üçün istifadə olunacaq. Hazırda qərb xüsusi xidmətlərinin təşkil etdiyi anti-Rusiya kampaniyası özünün aktiv fazasındadır.

"İnformasiya məkanında həddən artıq aqressiv addımlar atılır. Artıq gizlədilməyən provokasiya hərəkətləri çərçivəsində Amerika və Britaniyanın xüsusi xidmətlərinin mütəxəssisləri Rusiya rəhbərliyi barədə feyk informasiya hazırlayırlar", - agentliyin müsahibi bildirib.

O deyib ki, ümumi  götürdükdə bu kampaniya "Panamageyt"in (2015-ci ildə ofşorlar barədə qərb KİV-də yayımlanan dosyelərlə bağlı qalmaqal) ssenarisini təkrarlayır: süni olaraq qərbə sərfəli olan informasiya formalaşdırılır, onu Dövlət Departamentinin əlaltıları olan qeyri-kommersiya təşkilatları media sahəsinə ötürürlər. Bunların sırasında mənbə "Korrupsiya və mütəşəkkil cinayətlərin araşdırılması layihəsi" OCCRP)  və "Jurnalist araşdırmalarının beynəlxalq konsorsiumu" (ICIJ) təşkilatlarını qeyd edib.

"Sonra, - mənbə davam edir, - bu feyk xəbərlər KİV-in, eyni zamanda da  amerikalı maliyyəçilərin nəzarəti altında olan media orqanlarının əlinə keçir".