Azərbaycandakı sürücülər 3 qrupa bölünür –


Digərləri 13 İyl 2019 22:35:00 330 0

Azərbaycandakı sürücülər 3 qrupa bölünür –

Azərbaycanda avtomobil idarə edənləri yol hərəkəti qaydaları sahəsindəki biliklərinə və davranışlarına görə 3 qrupa bölmək olar.

Son.az fed.az-a istinadən bildirir ki, bu barədə yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, sürücülərdən cəmi 4-5%-i zəruri biliklərdən məlumatlıdır və tələblərə cavab verir. Ekspert yazır:

"Uzun illər apardığm müşahidələr əsasında ölkəmizdəki sürücüləri 3 qrupa bölərdim:

Eləcə də bax: "SOCAR Petroleum" sürücülər üçün - YENİ XİDMƏT TƏQDİM EDİB 1. Bütün sürüclərin cəmi 4-5%-ni təşkil edən intizamlı, savadlı, peşəkar, səliqəli sürücülər. Bir sözlə, bunlar sürüclüyün, yol hərəkəti təhlükəsizliyinin nə olduğunu bilən, provakasiyalara getməyən, qaydaları heç vaxt pozmayan, yaxud çox nadir hallarda qaydalardan cüzi kənaraçıxmalara yol verən sürücülərdir.

2. Bütün sürücülərin təxminən 8-10 %-ni təşkil edən kobud, yekəxana, qaydalardan anlayışı olmayan sürücülər. Belələri təhlükəsizliklə bağlı çox bəsit şeylərdən də bixəbərdirlər, özlərini hər bir qaydanın fövqündə görürlər, hətta bəziləri qayda pozmaqla öyünə də bilərlər.

3. Sürücülərimizin 85-88%-ni təşkil edən əksəriyyət. Bunların qaydalardan, yol hərəkəti təhlükəsizliyindən müəyyən məlumatlarıı var, amma həmin məlumatlar natamamdır. Lakin yaxşı hal odur ki, düzgün metodika seçilməklə bu əksəriyyətin dünyagörüşünü dəyişmək, intizamlılıq səviyyəsini yüksəltmək olar.