“Fitch” Türkiyənin reytinqini aşağı saldı


Dünya 13 İyl 2019 16:30:00 210 0

“Fitch” Türkiyənin reytinqini aşağı saldı

Beynəlxalq reytinq agentliyi "Fitch" Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) "BB"-dən "BB-" səviyyəsinə endirib. Reytinq üzrə proqnoz isə mənfidir.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.

"Fitch" mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmasını, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməsini, eləcə də Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasını misal gətirirlər.

Agentlik xəbərdarlıq edir ki, S-400-ü əldə etməsi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.

Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari il noyabrın 1-ə planlaşdırılırdı.