Şahzadə Diananın sviteri 10 qat baha satıldı


Digərləri 13 İyl 2019 15:42:00 248 0

Şahzadə Diananın sviteri 10 qat baha satıldı

Şahzadə Diananın hərraca çıxarılan sviteri 53,5 min dollara satılıb, Oxu.az xəbər verir.  

Hərracın başa çatması haqqında məlumatı satışın təşkilatçısı "Twitter" səhifəsində bildirib.

Üzərində havada süzən qırmızı donlu qız şəkli əks olunmuş tünd-göy rəngli sviteri adının çəkilməyini istəməyən Kaliforniya sakini əldə edib. 

Paltarın ilkin təklif olunan qiymətdən 10 qat baha satıldığı bildirilir.