“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər (FOTO)


Digərləri 13 İyl 2019 15:48:00 240 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər.

Bakı. “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri yazılıb. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir. Ziyarət zamanı vurğulanıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib. Açılış mərasimində Şimali Qafqazın müftiləri fəxri qonaq qismində iştirak ediblər.