“Mənə kişiləri başdan çıxaran qadın rolları təklif olunur”


Digərləri 13 İyl 2019 14:39:00 260 0

“Mənə kişiləri başdan çıxaran qadın rolları təklif olunur”

Uzun müddətdir serial və filmlərdə rol almayan alman əsilli türkiyəli aktrisa Şebnem Şefer restoran açılışı mərasimində görüntülənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı model jurnalistlərə açıqlamasında ekranda görünməməsinə aydınlıq gətirib.

"Mənə film və seriallarda rol almağımla bağlı çoxlu təkliflər gəlir, amma qəbul etmirəm. Çünki adətən kişiləri başdan çıxaran qadın obrazlarını canlandırmağımı istəyirlər. Özümə görə qaydalarım var", - deyə Şefer bildirib.