Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı


Digərləri 13 İyl 2019 13:04:00 274 0

Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Sankt-Peterburq şəhərində keçirilən "Bəyaz gecələr" ("Белые ночи") festivalında qrim otağına görə qalmaqal yaradıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı sənətçi ona xüsusi olaraq VIP-otaq ayrılmadığına görə səs-küy salıb.

Qeyd olunur ki, müğənnilər qrim otağı az olduğuna görə 2-3 nəfər olaraq bir otaqda vaxt keçirməli olublar. 

Lobodanın özü informasiya ilə bağlı hələ ki, şərh verməyib.