Azərbaycanlı məşhurun "əkiz"i olan doğma bacısı qızı


Şou-biznes 13 İyl 2019 12:34:00 252 0

Azərbaycanlı məşhurun "əkiz"i olan doğma bacısı qızı

Aparıcı-aktrisa Zümrüd Qasımovanın instqaram paylaşımı görənləri məəttəl qoyub.

Son.az xəbər verir ki, Zümrüd özünün və bacısı qızı Jasminin uşaqlıq fotolarını paylaşıb. Jasminin aparıcıya əkizi qədər bənzəməsi diqqətdən qaçmayıb.

Zümrüd paylaşımına "Sabahınız xeyir, əzizlərim. Görün, Jasmin mənə necə oxşayır... Öz qızım olsa bu qədər oxşamazdı. Oxşayır sizcə?" şərhini yazıb.

Məşhurun təqibçiləri onların bir-birlərinə çox bənzədiklərini qeyd ediblər.

Bu da həmin foto: