Bakıdakı külək 15 ağacı aşırdı


Digərləri 13 İyl 2019 12:04:00 238 0

Bakıdakı külək 15 ağacı aşırdı

Bakıda gecə davam edən güclü külək 15-ə yaxın ağacı aşırıb. 

Son.az xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Təxminən 6-7 ağac kökündən sınaraq aşıb. Bir ağac avtomobilin üzərinə düşüb. Maşına ciddi ziyan dəyməyib.

Aşan ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür.