Bərdədə yanğın olub


Digərləri 13 İyl 2019 08:08:00 187 0

Bərdədə yanğın olub

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Cəyirli kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin (məcburi köçkünlər məskunlaşıb) bir otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.