Bakıda əl qumbarası tapılıb (FOTO)


Digərləri 12 İyl 2019 22:50:00 237 0

Bakıda əl qumbarası tapılıb (FOTO)

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində əl qumbarasına bənzər əşyanın tapılması barədə məlumat daxil olub

Bakı. Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində əl qumbarasına bənzər əşyanın tapılması barədə məlumat daxil olub. Trend ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə Eldar Xəlilov küçəsi ev 105 ünvanına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası (UZRQM partladıcısı ilə birlikdə) aşkar olunub, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.