Londonda narkotikdən ölən 17 yaşlı Katya milyarderin qızı, nazirin nəvəsidir


Dünya 12 İyl 2019 22:02:00 198 0

Londonda narkotikdən ölən 17 yaşlı Katya milyarderin qızı, nazirin nəvəsidir

Ötən gün Londonda yaşadığı mənzildə meyiti tapılan 17 yaşlı rusiyalı skripkaçı Yekatrina Tsukanova milyarderin qızı, nazirin isə nəvəsidir.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, qızın ailəsi 90-cı illərdə Londona köçüb. Onun atası İqor Tsukanov milyarder və tanınmış mesenatdır, London filarmonik orkestrinin sponsorudur. Anası Natalya isə "Xenon Capital Partners" şirkətini qurub və maliyyə işlərinə rəhbərlik edib. Qızın babası Dağıstanda kənd təsərüfatı naziri olub.

17 yaşlı skripkaçının meyiti Londonun Kensinqton rayonundakı mənzildə aşkarlanıb. Katyanın ölümü haqda jurnalistlərə onun atası məlumat verib. "O, gələcəyini planlaşdırırdı, yataq otağında konsertlərinin qrafiki asılmışdı. Sonra gözəl səhərlərdən birində mən içəri daxil olanda gördüm ki, o ölü halda döşəmədə uzanıb",-milyarder "The Telegraph"a deyib.

Ailəyə yaxın mənbə qızın narkotik dozasının aşılması nəticəsində ölə biləcəyini mümkün sayır. Polis skripkaçı qızın ölümünün səbəbini müəyyən etmək üçün araşdırmalar aparır.