Orqanizmin mütləq qəbul etməli olduğu qidalar MAQNİUM NİYƏ VACİBDİR?


Digərləri 12 İyl 2019 21:50:00 274 0

Orqanizmin mütləq qəbul etməli olduğu qidalar  MAQNİUM NİYƏ VACİBDİR?

Gecələr rahat yata bilmirsiniz? Sizdə əzələ qıcolmaları və ya stress var?

Son.az medicina.az-a istinadən bildirir ki, maqnium bu problemlərinizi aradan qaldıracaq, yuxusuzluq, stress, narahatlıq və iltihabi problemlərdən azad olacaqsınız. Maqnium optimal sağlamlıq və bioloji funksiyaların həyata keçməsi üçün vacib olan elementdir. Orqanizmdəki bioloji funksiyaları yerinə yetirmək üçün 300-dən çox ferment lazımdır. Bu fermentlər biokimyəvi proseslərin həyata keçməsi üçün çox vacibdir və metobolik funksiyaları normallaşdırır. 

- Sümüklərin və dişlərin formalaşması - Qanda şəkərin və insulin həssaslığının normallaşması - Adenozintrifosfatın yaranması (ATF) - Qan damarlarının relaksı - Əzələ və sinirlərin funksiyası.

Maqnium çatışmazlığı sağlamlığa ciddi zərər verir. Maqnium hüceyrələrinin çatışmazlığı metobolik funksiyaların zəifləməsinə və sağlamlıqla əlaqədar problemlərin meydana çıxmasına səbəb olur. Maqnium çatışmazlığı həyəcana, stresə, baş ağrılarına, miqrenə, ürək-damar xəstəliklərinə, fibromialgiyaya və ölümcül hallara səbəb ola bilir.

Maqnium orqanizmin qlutasiondan başqa bütün detoksikasiya proseslərinə nəzarət edir. Maqnium mitoxundrinin optimallaşması üçün lazımdır. Bu isə xərçəngin profilaktikası, ümumi fiziki gücün və enerjinin effektliyi üçün vacibdir.

Mitoxondrinin sağlamlığı üçün maqniumun vacibliyi

Mitoxondrin hüceyrələrdə olan bir maddədir. Orqanlarda enerjinin normal işləməsi üçün mitoxundrinə ehtiyac var. Sağlam fiziki iş görmək üçün və xəstəliyin profilaktikasında mitoxondrinin rolu böyükdür. Mitoxondrinal araşdırmalar üzrə fəlsəfə doktoru Ronda Patrik orqanizmin sağlamlığında mitoxondrinin böyük rolu olduğunu qeyd edir. Onun araşdırmaları mitoxondrinin hüceyrədaxili enerji əmələ gətirmək qabiliyyətinin olduğunu sübut edib.

Orqanizmin təlabatını ödəmək üçün nə qədər maqnium lazımdır?

Yüz il əvvəl insanların gündəlik qidasında 500 mq-a yaxın maqnium olub. Bu onların qəbul etdikləri qidaların zəngin torpaqlarda yetişdiyi üçün olub. İndi isə insanlar gün ərzində qəbul etdikləri qida ilə 150-300 mq maqnium qəbul edirlər. Mütəxəssislərin hesablamaları gün ərzində orqanizm üçün 310-420 mq maqnium lazım olduğunu söyləyir. Bəzi mütəxəssislər isə optimal sağlamlıq üçün gün ərzində 600-900 mq maqnium lazım olduğunu deyir.