Maşınla vurulan qadın xəstəxanada ölüb


Digərləri 12 İyl 2019 21:18:00 213 0

Maşınla vurulan qadın xəstəxanada ölüb

Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.